|
|
|
|
|
 |
|
 |
Həzrət Hüseyn h.q. 4-cü il (m. 626) Şaban ayının 3-ü (ya da 4-ü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli və Peyğəmbər qızı Xanım Zəhra (s.ə.)-nın ikinci övladı idi.
Hüseyn ibn Əli öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.
Hüseyn ibn Əli uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra 30 il atası Əli ilə birgə yaşamış və Əlinin hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əlinin şəhadətindən sonra (hicrətin 40-cı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli ilə çiyin-çiyinə çalışmışdır. Həsənin şəhadətindən sonra (hicrətin 50-ci ilindən) 10 il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr Hüseynin boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin 61-ci ili (m. 680) Məhərrəm ayının 10-da İraqın Kərbəla çölündə şəhid edilmişdir. Hüseyn ibn Əli gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (ə) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki, Ömər minbərdə oturmuşdur. Bunu görcək, tez minbərin başına qalxıb Ömərə dedi: "Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur". Ömər özünü itirmiş halda dedi: "Mənim atamın minbəri olmayıb". Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra Hüseyni öz evinə aparıb ondan soruşdu: "Bu sözü sənə kim öyrədib?" Hüseyn: "Heç kim" – deyə cavab verdi. |
|
 |
|
 |
|
|
|
|
|
|
|
|