MuqeddesQuran  
 
  Aşura 20.06.2025 10:04 (UTC)
   
 

Məhərrəm ayı və Aşura mərasimi haqqında bilmedklerimiz



Aşura ərəb sözündən götürülmüş-Aşara 10 deməkdir.
Hicri təqvimi ilə 680 il 10 dekabrda Məhəmməd(s) peyğəmbərin nəvəsi İmam Hüseyn 72
müsəlman ilə birlikdə Kərbala müharibəsində Yezid tərəfindən verilən əmrə əsasən günlərlə ac
və susuzluqdan həlak olmuşlar.
İndiyədək Məhərrəm ayının 10-u -AŞURA GÜNÜ-qeyd olunur və 40 gün yas saxlanır.
İndi isə...
Həmin hadisədən min ildən artıq vaxt keçməsinə baxmayaraq,dünyanın bir çox müsəlman
ölkəsində olduğu kimi,Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər
müsəlmanlar yad edilir.Minlərlə insan bu faciəli,lakin şərəfli günü anmaq üçün
Azərbaycandakı məscidlərə gedib,Allaha xətir nəzir verir və ehsan paylayır...

Məhərrəmlik və Səfər ayları ərzində ümumimilli matəm sayılır.
Bu aylarda şadlıq,toy və digər şənliklər keçirmək yasaqdır.

Həmçinin bu gün və bu aylar süfrələr açılır,nəzirlər,ehsanlar verilir.
Halva,Hədiy bişirilib paylanılır.Kimsəsizlərə,ehtiyacı olanlara yardım edilir.
(Qeyd edək ki HƏDİK 7 növ dənli bitkilərdən bişirilən milli yemək növüdür)...
Məscidlərə,pirlərə Müsəlmanlar adi günlərdən daha çox gəlir,burada da bir çox dini ayinlər
yerinə yetirilir.Bunlardan ən çox tanınanı -ZƏNCİR VURMAQDIR-
bu ayın həmin gün çəkilən ağrı və əzabların yenidən yaşanması,anılmasıdır.
Həmçinin insanlar bu üsulla günahların yuyulmasını da düşünürlər.
Bəzən bu mərasimlər ƏHDLƏ bağlı olur.
Müsəlmanlar əhd eləyib hansısa bir içlərinin alınmasını istəyirlər.Bu istək,bu iş alınanda
verdikləri sözə əməl edərək bu Müqəddəs aylarda,kürəklərinə zəncir(bəzən də qılınc)vuraraq
ƏHD-lərini yerinə yetirirlər...

SONDa...
Amma çox təəssüf ki,bu gün Aşura mərasimi zamanı gənclərimiz Məscidlərdə özlərinə
zəncir vurur,hətta kəsici alətlərlə xəsarət yetirirlər...Kimisi bunu düzgün,kimisi isə günah 
sayır...Zencir vuranlar isə bunu İmama olan sevgidən irəli bir hal kimi qiymətləndirir...
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bugün 1 ziyaretçi (24 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol