Axirət — Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis adamlar isə çəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnə və cəhənnəmdə) davam edəcək.. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir